Logo

BDU tələbələri “bp Azərbaycan”ın fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

28.05.2025 12:47 91 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, “bp Azərbaycan” şirkəti, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Karyera və Məzunlarla İş Mərkəzi və “BDU könüllüləri”nin birgə təşkilatçılığı ilə infosessiya keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

İnfosessiyada “bp Azərbaycan”ın əməkdaşları şirkətin fəaliyyət istiqamətləri, layihələri və gənclər üçün təklif olunan inkişaf imkanları barədə ətraflı təqdimat ediblər. Daha sonra şirkətin insan resursları və karyera imkanları haqqında məlumat verilib.

Şirkətin geoloqu Aytən Vəliyeva geologiya elminin insan həyatındakı roluna və xüsusilə təbii sərvətlərin araşdırılması, qorunması sahəsindəki əhəmiyyətinə toxunub. O, çıxışında geoloq peşəsinin perspektivləri, bu sahədə qarşılaşılan əsas çağırışlar və müasir texnologiyaların geologiyada tətbiqi barədə tələbələri məlumatlandırıb.

Daha sonra şirkətin geoloqu Vüqar İsmayılov geologiyanın inkişaf dinamikası, elmi tədqiqatların geologiyada oynadığı mühüm rol və gənc mütəxəssislərin bu prosesdəki əhəmiyyəti haqqında danışıb. O, innovativ yanaşmaların və müasir elmi metodların tətbiqinin geoloji araşdırmalara gətirdiyi töhfələrdən bəhs edərək, tələbələri bu sahədə daha fəal olmağa çağırıb.



 

Xəbər lenti