Logo

Bakı Ali Neft Məktəbində futzal turnirinə maraq: “Qubadlı” komandası çempion oldu

29.05.2025 14:19 72 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) I kurs (hazırlıq) tələbələri arasında təşkil edilən ənənəvi futzal turnirinə böyük maraq göstərilib. Budəfəki yarışda ümumilikdə 26 qrupdan 16 komanda iştirak edərək mübarizə aparıb.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, turnirə start verildikdən sonra komandalar 4 qrupa bölünüb və hər qrupdan ən çox xal toplayan komanda pley-off mərhələsinə vəsiqə qazanıb.

Gərgin və maraqlı qarşılaşmaların ardından 17-ci qrupun “Qubadlı” və 9-cu qrupun “Xarıbülbül” komandaları bütün rəqiblərinə qalib gələrək final mərhələsinə yüksəlib.

Həyəcan dolu final oyununda “Qubadlı” komandası “Xarıbülbül” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq turnirin çempionu olub.

Xəbər lenti