Logo

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27.05.2025 16:27 94 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. 

TƏHSİL.BİZ  xəbər verir ki, 1219 nəfərin iştirak etdiyi test imtahanının nəticəsinə əsasən, 318 nəfər müsahibə mərhələsinə keçib. İştirakçılara test imtahanının nəticələri haqqında məlumat SMS vasitəsilə göndərilib.

29 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda həyata keçiriləcək müsahibə haqqında ətraflı məlumat iştirakçılara əvvəlcədən göndəriləcək.

Qeyd edək ki, 4 ay davam edəcək “Maarifçi” proqramının məqsədi tələbə və yeni məzun olmuş gənclərə təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə və peşəkar vərdişlər qazanmalarına dəstək olmaqdır. Seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər.

Xəbər lenti