Logo

“Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda təlim keçirilib

23.05.2025 12:43 47 baxış
IMG

22 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun (TİF) birgə təşkilatçılığı ilə “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramının iştirakçıları üçün təlim sessiyası təşkil olunub.

TİF-dən TƏHSİL.BİZ -ə bildirilib ki, “The Training Hub Azerbaijan” platformasının təsisçisi və “Aztugem” layihəsinin rəhbəri Lamiyə Xəlilovanın təqdimatında “Gənc qızların cəmiyyətə asan inteqrasiyasına hazırlıq” mövzusunda baş tutan təlimin məqsədi gənc qızların sosial, şəxsi və peşəkar həyata uğurlu inteqrasiyasına dəstək olmaq, onların effektiv ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək, habelə ictimai aktivliklərini artırmaq olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən təlim zamanı iştirakçılara “Effektiv özünütəqdimetmə bacarığı və onun sosial həyatda rolu”, “Ünsiyyətin əsas qaydaları və qeyri-verbal ünsiyyətin əhəmiyyəti”, “Sosial məsafə, empati və bədən dilinin önəmi” kimi mövzularda praktiki bilik və bacarıqlar aşılanıb.

Təlim çərçivəsində təşkil olunan oyun sessiyası vasitəsilə iştirakçılarla interaktiv şəkildə real situasiyalar müzakirə edilib və sosial bacarıqların gündəlik həyatda tətbiq imkanları ətraflı izah olunub. Bu kimi təşəbbüslər gənc qızların cəmiyyətə daha sağlam və məqsədyönlü inteqrasiyası, eləcə də ictimai həyatda daha fəal iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 

 

 


 

Xəbər lenti