Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tam orta məktəblərdə “Kibertəhlükəsizlik” mövzularında təlimlər həyata keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, növbəti təlimlər Bakı şəhəri 63, 72, 114, 308 və Masallı 1 nömrəli tam orta məktəblərdə baş tutub.
Tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılmasıdır.