Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Elmlər Akademiyası Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib.
Bununla bağlı Xarəzm Mamun Akademiyasının sədri professor İkram Abdullayev tərəfindən imzalanmış diplom akademik İsa Həbibbəyliyə təqdim olunub.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.
Sənəddə qeyd olunub ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan-Azərbaycan elmi əlaqələrinin inkişafındakı xidmətlərinə və “Dünya sivilizasiyasında Xarəzmin əhəmiyyəti”nə həsr edilmiş araşdırmalarına görə Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib.
Xarəzm Mamun Akademiyasının əsası XI əsrdə qoyulub və Özbəkistan Respublikasının elm və mədəni həyatında əhəmiyyətli yer tutur.