Logo

Qızların təhsildən yayınmasının qarşısının alınması və gender əsaslı təhsil islahatları təklif olunur

21.05.2025 14:15 85 baxış
IMG

Təhsildən yayınma hallarının qarşısının alınması, xüsusilə də qız uşaqlarının təhsildən kənarda qalmasının qarşısını almaq üçün nəzarət və monitorinqlərin intensivləşdirilməsi zərurəti yaranır. Gender bərabərliyinin təmin olunması məqsədilə təhsil proqramlarına qadın hüquqları və gender bərabərliyi mövzularının daxil edilməsi məqsədəuyğun hesab olunur. Bununla yanaşı, bütün təhsil pillələrində istifadə olunan tədris materiallarına gender ekspertizasının aparılması da təklif olunan tədbirlər sırasındadır.

TƏHSİL.BİZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə illik hesabatında öz əksini tapıb.

Komitə tərəfindən, həmçinin ümumtəhsil məktəblərində kişi müəllimlərin nisbətən azlığına diqqət çəkilərək, onların təhsil sisteminə cəlb edilməsini təşviq edən mexanizmlərin hazırlanması tövsiyə olunub. Bu addımın təhsil sistemində gender balansının qorunmasına xidmət edəcəyi bildirilir.

Bundan əlavə, ali təhsil müəssisələrində tələbələrin liderlik, idarəetmə, qərarvermə və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirəcək fənlərin tədrisə daxil edilməsi də sənəddə yer alan digər mühüm təkliflərdəndir. Bu təşəbbüs tələbələrin şəxsi inkişafı və peşəkar hazırlığının gücləndirilməsi baxımından əhəmiyyətli sayılır.

Xəbər lenti