2024/2025-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə mübadilə proqramı çərçivəsində təhsil almış Rumıniyanın Ploeşti Neft-qaz Universitetinin tələbələri – Antonio-Cosmin Spanu, Anca-Maria Maxim, Marian-Mihail Ionescu, Dominic-Patrick Bartha və Ionut-Vladut Culpean BANM-in rektoru Elmar Qasımovla görüşüblər.
BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, rektor Elmar Qasımov tələbələrin BANM-dəkı təhsil və Azərbaycandakı həyat təəssüratları ilə maraqlanıb. Rumıniyalı tələbələr qazandıqları təcrübədən məmnun qaldıqlarını və BANM-də olmaqdan məmnun olduqlarını bildiriblər.