Logo

BMU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

15.05.2025 15:12 37 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) pedaqoji heyətin iştirakı ilə “TəhsilPlus” kartı mövzusunda müzakirə formatında görüş təşkil edilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə təhsil işçiləri üçün müxtəlif güzəşt və imtiyazlar təqdim edən bu yeni layihə ətrafında fikir mübadiləsi aparılıb.

İlk olaraq, BMU-nun rektoru Yaqub Piriyev Fond tərəfindən həyata keçirilən bir sıra uğurlu sosial və təhsil yönümlü layihələr barədə danışıb. O, tələbələrə yönəlmiş “TələbəPlus” kartının üstünlüklərini vurğulayıb və Fondun müəllimlər üçün nəzərdə tutduğu yeni “TəhsilPlus” təşəbbüsünü müsbət qiymətləndirərək, onun təhsil işçiləri üçün faydalı olacağına inandığını bildirib.

Daha sonra Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu günədək həyata keçirilmiş layihə və proqramlar barədə geniş məlumat verib. O, bu görüşün əsas məqsədinin təhsil sahəsində çalışan şəxslərin ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək olduğunu qeyd edib. E.Nəsibov bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələrin davam etdirildiyini də diqqətə çatdırıb.

Görüş zamanı geniş müzakirələr aparılıb, müəllimlərin rəy və təklifləri dinlənilib.

 

 

 

 


 

Xəbər lenti