Logo

Diaspor Gənclərinin Vl Yay Düşərgəsinə qeydiyyat davam edir

14.05.2025 11:34 33 baxış
IMG

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi bu il 3–9 avqust tarixlərində Xankəndidə təşkil olunacaq. Hazırda düşərgəyə qeydiyyat prosesi davam edir.

Bu barədə TƏHSİL.BİZ -ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, düşərgənin elanından qısa müddət sonra artıq 100-dən çox gənc iştirak üçün müraciət edib.

Qeyd edək ki, müraciətlərin çoxluğu bu layihəyə göstərilən böyük marağın, eləcə də onun beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Xaricdə yaşayan soydaşlarımızın işğaldan azad olunmuş torpaqları görmək, Vətənin inkişafına yerində şahidlik etmək arzusu layihəyə olan marağı daha da artırır.

İştirak etmək istəyənlər 31 may 2025-ci il tarixinədək www.diaspor.gov.az/ qeydiyyat saytında yerləşdirilən onlayn anket formasını dolduraraq müraciət edə bilərlər. Seçim prosesi iki mərhələdən – ilkin müraciət və videomüsahibədən ibarət olacaq.

Düşərgəyə dair qeydiyyat, proqram, seçim mərhələsi və digər ətraflı məlumat üçün www.diaspor.gov.az saytına və aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:

E-mail: [email protected]
Tel.: +994 12 493 10 54
WhatsApp: +994 51 867 36 02

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə indiyədək Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçında Diaspor Gənclərinin beş yay düşərgəsi keçirilib. Bu düşərgələrə dünyanın 60-dan artıq ölkəsindən yüzlərlə azərbaycanlı gənc qatılıb.

Xəbər lenti