Logo

BDU-da özbəkistanlı alimlərlə birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb

14.05.2025 15:03 80 baxış
IMG

Özbəkistanın Nəvai Dövlət Universitetinin bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olub.

Bu barədə TƏHSİL.BİZ-ə BDU-dan bildirilib.

Nəvai Dövlət Universitetinin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti Dilnoza İstamova, baş müəllimi Məmurə Burhanova Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının fəaliyyəti ilə tanış olub, fikir mübadiləsi aparıblar.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Mətanət Abdullayeva müəllim hazırlığında təhsil alan tələbələrə elmi biliklərin verilməsi ilə yanaşı, mənəviyyat məsələlərinin də öyrədilməsinin zərurətindən danışıb.

Görüşdə BDU-nun Humanitar elmlər üzrə ingilis dili kafedrasının müdiri dosent Bəylər Hacıyev və kafedranın professoru Əfqan Abdullayev, Rus dilçiliyi kafedrasının müdiri dosent Elvira Heydərova, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov iştirak ediblər. Görüş zamanı qarşılıqlı elmi əməkdaşlıq, birgə dərsliklərin hazırlanması və məqalələrin yazılması ilə bağlı müzakirələr aparılıb.

Sonda qonaqlara kitablar hədiyyə olunub.

Xəbər lenti