Logo

NASA Ayın səthində oksigen əldə edib

13.05.2025 12:08 29 baxış
IMG

NASA-nın mühəndisləri Ayın torpağından kütləvi şəkildə oksigen əldə etməyə nail olublar

TƏHSİL.BİZ xəbər verir ki, NASA alimləri Ayda uzunmüddətli missiyalara hazırlıq çərçivəsində mühüm elmi irəliləyiş əldə ediblər. Onlar süni Ay torpağından (reqolitdən) sənaye miqyasında oksigen çıxarmağa müvəffəq olublar. Mütəxəssislərin fikrincə, bu nailiyyət gələcəkdə Ayda müstəqil bazaların yaradılmasına və yerli resurslardan istifadə etməklə astronavtların həyat təminatının qurulmasına mühüm töhfə verəcək.

Tədqiqat “Lunar Resources Inc.” (LUNAR) şirkəti ilə birgə aparılıb. Alimlər eksperiment zamanı 25 kiloqram süni reqolit nümunəsini vakuum kamerasında 1700 °C temperaturda qızdıraraq elektrik cərəyanı vasitəsilə əridiblər. Bu proses nəticəsində molekulyar oksigen və metalları ayırmaq mümkün olub.

Mütəxəssislər bildiriblər ki, əldə olunan oksigen təkcə nəfəs almaq üçün deyil, həm də raket yanacağında oksidləşdirici kimi istifadə oluna bilər. Ayrılan metallar isə Ayda infrastrukturun qurulması və günəş panellərinin istehsalında tətbiq edilə bilər. Bu texnologiya Ayın öyrənilməsi üçün xərcləri xeyli azaltmağa imkan verəcək.

NASA nümayəndələrinin sözlərinə görə, gələcəkdə bu cür reaktorlar Ay səthinə yerləşdiriləcək, xüsusi robotlar isə reqolit toplamaq üçün istifadə olunacaq. Hazırda texnologiyanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və onun Mars kimi digər planetlərdə də tətbiqi nəzərdən keçirilir.


 

Xəbər lenti