Logo

Ermənistanda 27 şagird valideynləri tərəfindən məktəbə buraxılmır

11.05.2025 17:59 44 baxış
IMG

Ermənistanda onlarla şagird valideynləri tərəfindən məktəbə buraxılmır.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 4-ü birinci, 13-ü isə 12-ci sinif şagirdi olmaqla, ümumilikdə 27 şagird valideynləri tərəfindən məktəbə buraxılmayıb.

Şagirdlərin təhsillərini hansı səbəbdən yarımçıq qoymalarının səbəbi açıqlanmır.

Qeyd edilir ki, 2024/2025-ci illər üzrə tədris ilinin əvvəlində ümumilikdə 82 şagird təhsilini yarımçıq qoyub.

Dərs ilində 51 şagird dünyasını dəyişib.

Xəbər lenti