Logo

UNEC ixtisaslar üzrə dünya reytinqində uğur qazanıb

21.01.2026 12:40 40 baxış
IMG

Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ixtisaslar üzrə reytinq siyahısı açıqlanıb. Nəticələrə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ixtisaslar üzrə dünya reytinqində növbəti uğurunu əldə edib.

Bu barədə universitetdən məlumat verilib.

İlk dəfə olaraq UNEC biznes və iqtisadiyyat, həmçinin sosial elmlər istiqamətləri üzrə dünya reytinqində 501–600-cü yerə yüksəlib. Bununla yanaşı, UNEC fiziki elmlər üzrə 601–800, mühəndislik sahəsi üzrə isə 801–1000-ci yerləri tutub.

Xəbər lenti