Logo

BilBacar müsabiqəsinin II yarış mərhələsinə start verilib

19.01.2026 15:27 47 baxış
IMG

Təhsil İnstitutundan bildirilib ki, yarış mərhələsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilməlidir. II yarış mərhələsi 10 dərs günü ərzində (yanvarın 19-26-sı, fevralın 2-6-sı tarixlərində) davam edəcək. Şagirdlər öz BilBacar hesablarına daxil olaraq yarışda iştirak edə biləcəklər.

Yarış mərhələsi bitdikdən sonra şagirdlər öz nəticələrini respublika, regional təhsil idarəsi və məktəb üzrə görə bilər.

Qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüterəsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Xəbər lenti