Logo

“Seyid Əşrəf ziyarətgahı” kitabı nəşr olunub

15.01.2026 19:57 40 baxış
IMG

Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlının “Seyid Əşrəf ziyarətgahı” kitabı nəşr olunub.

Əsər Füzuli şəhərində yaşamış, Qarabağın ermənilər tərəfindən işğalı ilə əlaqədar Bakıda məskunlaşmış və burada vəfat etmiş Seyid Əşrəfin məzarüstü abidə kompleksinin memarlıq həllinə həsr edilib. Kitab memarlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru akademik, Əməkdar memar, memarlıq elmləri doktoru, professor Şamil Fətullayev, rəyçiləri memarlıq üzrə fəlsəfə doktoru, dosent Samirə Abdullayeva, tarix elmləri doktoru, professor Tofiq Nəcəfli və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ramil Quliyevdir.

Xəbər lenti