Logo

Körpələr evinin müdirinə iş yerində xəsarət yetirildi: Keçmiş əri şübhəli bilinir

16.01.2026 16:12 89 baxış
IMG

Tovuzda qadına kəsici alətlə xəsarət yetirilib.

Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.

Xəsarət alan şəxsin kənddəki körpələr evinin müdiri 1982-ci il təvəllüdlü Ş.Abdullayeva olduğu bildirilir.

İlkin məlumata görə, keçmiş həyat yoldaşı işdə ona kəsici alətlə xəsarət yetirib. Qadına tibbi yardım edilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər lenti