Logo

Dəm qazından ölən türkiyəli tələbə sahibkarın qızı imiş

15.01.2026 14:17 64 baxış
IMG

Ötən gün Naxçıvanda dəm qazından boğularaq ölən türkiyəli tələbə Büşra Aksu Türkiyənin Ordu vilayətindən imiş.

Ordunun yerli mediası və səhifələr onun vəfatı ilə bağlı başsağlığı mesajları yayıb.

Bildirilib ki, Büşranın atası Sezai Aksu Orduda sahibkarlıq (esnaf) fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, Büşra ilə birgə universitetin digər tələbəsi də dəm qazından vəfat edib.

 


 

Xəbər lenti