Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında anlaşma memorandumunun imzalanması barədə razılıq əldə olunub.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondu anlaşma memorandumunun layihəsini hazırlayaraq Milli Azərbaycan Tarix Muzeyinə təqdim edəcək. Sənədin qarşılıqlı razılaşdırılmasından sonra rəsmi imzalanma mərasiminin təşkili planlaşdırılır.