Azərbaycanda 3-cü kurs tələbəsi vəfat edib.
Bu barədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollec məlumat yayıb.
Bildirilib ki, kollecin “İnklüziv təhsil” ixtisasının tələbəsi Rasimə Əsədova uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

