Logo

“Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” monoqrafiyası çap olunub

14.01.2026 17:54 42 baxış
IMG

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin aparıcı elmi işçisi iqtisad üzrə fəlsəfə doktoru İntizar Qurbanovanın “Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” monoqrafiyası çap olunub.

Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, rəyçiləri professor Gülənbər Əzizova və dosent Jalə Əliyevadır.

Monoqrafiyada əmək bazarının məzmunu, məşğulluq, işsizlik, peşə-ixtisas kadr hazırlığının formalaşması məsələləri araşdırılıb, Azərbaycanda əmək bazarının mövcud vəziyyəti və kadr hazırlığı ilə bağlı göstəricilər təhlil olunub. Gənclər arasında məşğulluq məsələlərinə monoqrafiyada xüsusi yer verilib. Kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması və məşğulluğun yaxşılaşdırılması baxımından prioritet istiqamətlər müəyyənləşdirilib, o cümlədən peşə təhsilindən optimal istifadə imkanları göstərilib.

Monoqrafiya elm və təhsil işçiləri, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbər lenti