Logo

Laçın və Kəlbəcərdə arxeoloji qazıntıların aparılması nəzərdə tutulur

14.01.2026 15:37 40 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağda, Xocalı, Ağdam və Əsgəranda qazıntı işləri aparılıb. Gələcəkdə Laçın və Kəlbəcərdə də qazıntıların aparılması nəzərdə tutulur.

Bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib. O, institutda ingilisdilli jurnalın fəaliyyət göstərdiyini, gələcəkdə birgə aparılacaq tədqiqatların nəticələrinin bu nəşrdə çap olunacağını qeyd edib. Akademikin sözlərinə görə, aparılacaq tədqiqatlara fərqli sahələrin mütəxəssisləri də cəlb olunacaq və multidisiplinar yanaşmalar tətbiq ediləcək.

Xəbər lenti