UNEC-də tələbələr arasında keçirilən və universitetin daxili vəsaiti hesabına maliyyələşdirilən startap müsabiqəsinin qalibləri müəyyənləşib.
Təqdim olunan çoxsaylı innovativ ideyalar arasından seçilən 9 layihədən biri də YumaX – Azərbaycanın ilk Mobil Avtoyuma Xidməti və Marketplace Platforması olub.
Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri İqnat Kəlbiyev və Yunis Quliyev tərəfindən hazırlanan YumaX layihəsi səyyar mobil avtoyuma xidməti göstərən şirkətləri vahid rəqəmsal platformada birləşdirməyi hədəfləyir. Platforma özü fiziki xidmət göstərmədən, texnoloji infrastruktur və marketplace modeli vasitəsilə sektorun daha səmərəli idarə olunmasını təmin edir.
YumaX-ın iş prinsipi müştərilərin veb platforma, növbəti mərhələdə isə mobil tətbiq üzərindən ünvan üzrə avtoyuma sifarişi yaratmasına əsaslanır. Mobil yuma komandaları isə bu sifarişləri qəbul edərək yerində icra edir.