Logo

Türkiyədə doktorantura və tədqiqat sahəsi üzrə sənəd qəbulu aparılır

14.01.2026 17:51 33 baxış
IMG

Türkiyənin ali təhsil müəssisələrində 2026-2027-ci tədris ili üçün doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı üzrə müraciətlər 2026-cı il fevralın 20-dək qəbul ediləcək.

Qeyd edək ki, proqrama müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycandan elektron müraciətlər isə martın 2-dək davam edəcək.

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti