Logo

Qarabağ abidələrinin elmi ekspertizası aparılacaq

14.01.2026 16:03 43 baxış
IMG

Qarabağda və başqa bölgələrimizdə türk və İslam mədəniyyətinə dair tədqiqatların aparılması planlaşdırılır. Tədqiqatlar Türk Arxeologiyası və Mədəni Miras İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən reallaşacaq.

Bu barədə Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev məlumat verib. O vurğulayıb ki, əməkdaşlıq çərçivəsində Qarabağda dağıdılmış arxeoloji abidələrimizin türkiyəli mütəxəssislər tərəfindən elmi cəhətdən ekspertizasının aparılması nəzərdə tutulub.

Xəbər lenti