Təhsil İnstitutu “Formativ qiymətləndirmə” metodik vəsaitini təqdim edib.
İnstitutdan bildirilib ki, metodik vəsaitdə məktəbdaxili qiymətləndirmə vahid və sistemli bir proses kimi nəzərdən keçirilib. Vəsaitdə formativ qiymətləndirmənin bu prosesdəki rolu aydınlaşdırılıb, şagirdin inkişafına təsiri ətraflı şəkildə izah edilib. Eyni zamanda, formativ qiymətləndirmənin strategiyaları, üsul və vasitələri, bu üsulların sinifdə tətbiqinə dair praktik nümunələr təqdim olunub. Vəsaitdə formativ qiymətləndirmənin ayrılmaz və əvəzedilməz tərkib hissəsi olan rəyvermə məsələsinə xüsusi diqqət yetirilib, müxtəlif rəy nümunələri təhlil edilib.
Metodik vəsait ümumtəhsil məktəblərində çalışan təhsilverənlər üçün hazırlanıb. Vəsaitdən təhsil sahəsində fəaliyyət göstərən digər mütəxəssislər, tələbələr, doktorant və dissertantlar da istifadə edə bilər.
Vəsait ilə buradan tanış ola bilərsiniz.