Logo

ADNSU-da karyera quruculuğu mövzusunda seminar keçirilib

13.05.2025 12:17 39 baxış
IMG

Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən və İqtisadiyyat və Menecment fakültələrinin təşkilatçılığı ilə “Karyera quruculuğu: vacib mərhələlər və tövsiyələr” mövzusunda seminar keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminar ACCA Global UK-nin Azərbaycan üzrə tərəfdaşı olan “İMZA GROUP” şirkəti tərəfindən reallaşdırılıb.

Seminarın açılışında “İMZA GROUP”un direktoru Emin Şahhüseynbəyli çıxış edərək şəxsi karyera təcrübəsini iştirakçılarla bölüşüb, uğurlu karyera quruculuğunun əsas prinsipləri barədə danışıb.

Daha sonra layihə meneceri Nailə Kərimova, təlimçilər Elay Rəcəbli və Ərəstun Kərimov çıxış edərək karyera planlamasında mühüm mərhələlər, ACCA sertifikatlarının üstünlükləri və imtahanlara hazırlıq prosesi haqqında ətraflı məlumat veriblər.

Seminar zamanı tələbələrə “İMZA GROUP”un fəaliyyəti, ACCA-nın beynəlxalq nüfuzu, əmək bazarında bu sertifikatların rolu və əhəmiyyəti, eləcə də effektiv hazırlıq strategiyaları ilə bağlı faydalı tövsiyələr təqdim olunub.

Tədbirin sonunda seminar iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və onlara əlavə məsləhətlər verilib.

 

 

 

 


 

Xəbər lenti