Logo

ADMİU-nun doktorantı Avropa Kino Akademiyasına üzv seçilib

12.05.2025 10:59 68 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) doktorantı, 2022-ci il Prezident mükafatçısı, rejissor Azər Quliyev dünya nüfuzlu Avropa Kino Akademiyasına (European Film Academy) üzv seçilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, Azər Quliyevin son ekran əsəri “Sanki Yoxsan” keçən il Kann Film Festivalının əsas müsabiqəsində yer alaraq Azərbaycan kino tarixində bir ilkə imza atıb. Onun digər filmləri dünya nüfuzlu və əhəmiyyətli Sarayevo, Köln, Tampere, “Message2Man” və digər festivalların iştirakçısı və qalibi olub. Hazırda Azər ilk tammetrajlı layihəsi üzərində çalışır.

 


 

Xəbər lenti