Logo

Özbəkistanın rəsmi nümayəndəsi Təhsil Muzeyi ilə tanış olub

08.05.2025 08:33 86 baxış
IMG

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə  Özbəkistan Respublikasının bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxslərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

TƏHSİL.BİZ  xəbər verir ki, səfər çərçivəsində Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin informasiya siyasəti üzrə nazir müşaviri, mətbuat katibi Nazokat Azim Elm və Təhsil Nazirliyində, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində görüşlər keçirib.

Görüşlər zamanı qonağa müvafiq qurumların fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə edib, təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Nazokat Azim, həmçinin Təhsil Muzeyini də ziyarət edib və qonağa ölkəmizin təhsil tarixini əks etdirən eksponatlar təqdim olunub.

 

 

 

 


 

Xəbər lenti