Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının (Hədiyyə Xəlilova, Nahidə Musayeva, Təranə Nurubəyli, Aybəniz Qaşqay, Fuad Rzayev, Bəxtiyar İzzətov, Məftun Əliyev) məqaləsi “Scopus” və “Web of Science” bazasında indeksləşən “Composite İnterfaces“ jurnalında nəşr olunub.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, “Sulu məhlullardan kadmium ionlarının çıxarılmasında alüminium oksidi/mis oksidi nanokompozitlərinin effektivliyi” adlı məqalədə adsorbsiya yolu ilə Cd(II) ionlarının çıxarılması üçün alüminium oksid və mis oksid nanohissəciklərinin sintezi və tətbiqi təhlil edilib.