Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, layihə çərçivəsində fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər.
Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, dekan müavini dos. Xankişi Məmmədov, Tələbə Elmi Cəmiyyətinin sədri dos. Xatirə Adıgözəlova tələbələrin uyğun vəzifələr üzrə iş fəaliyyətlərini müşahidə edib, "tələbə rəhbər”lərlə müzakirələr aparıblar.
Bildirilib ki, layihə çərçivəsində tələbələr arasında keçirilən səsvermənin nəticələrinə əsasən, səs çoxluğu ilə Səma Həsənova dekan, Türkanə Kazımova dekan müavini, Saleh Mahmmudov Ümumi fizika kafedrasının, Çiçək Osmanova Fizikanın tədrisi texnologiyası kafedrasının, Vüsalə Muradova STEAM Mərkəzinin, Səlmi İmamverdiyeva Əməyin Texnologiyası kafedrasının müdiri vəzifəsinə, Afət Əsgərli Tələbə Elmi Cəmiyyətinin sədri, Gövhər Abdullayeva, Yasəmən Mürsəlova, Jalə Mehdizadə və Firəngiz Qəniyeva isə tütor vəzifəsinə seçiliblər.
Tələbələr bir iş günü ərzində müvafiq vəzifələri icra ediblər.