6 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesi aktivləşib.
TƏHSİL.BİZ xəbər verir ki, müsahibə mərhələsi isə 12–31 may tarixlərini əhatə edəcək.
Qeyd edək ki, saat 15:00-dan ümumi təhsil müəssisələrinin birinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinə başlanılacaq.
Valideynlərə müəyyən olunmuş tarixlər çərçivəsində qeydiyyat, seçim və müsahibə mərhələlərini diqqətlə izləmələri tövsiyə olunur.