Logo

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

01.05.2025 17:22 118 baxış
IMG

Qarabağ Universitetinin 3 tələbəsi ACCA FA imtahanından yüksək nəticə əldə edərək böyük uğura imza atıb.

TƏHSİL.BİZ xəbər verir ki, universitetin “Maliyyə” ixtisasının (SABAH qrupları) tələbəsi İman Zərbiyev imtahandan 94% nəticə əldə edib.

Eyni qrupdan olan tələbələrimizdən Rauf Pənciyev 86%, Rüfət Qafarlı isə 70% nəticə göstərib.

ACCA – "Chartered Certified Accountants Association" aparıcı beynəlxalq mühasibat orqanıdır. ACCA beynəlxalq səviyyədə tanınan və 170 ölkədə 500 mindən çox üzv və tələbəsi olan orqanıdır. Bu kvalifikasiya mühasibatlıq və maliyyə sahəsində qlobal standartları müəyyənləşdirir və işçilərin bütün biznes sahələrində bacarıqlarını təsdiqləyir. ACCA Avropa Birliyi və BMT-yə üzv dövlətlərdə tanınır.

 

 

 

 


 

Xəbər lenti