Logo

Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi heyəti Hacettepe və Çankaya universitetlərinin qonağı olmuşdur

06.05.2025 09:43 75 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti 2025-ci ilin may ayında Türkiyə Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe və Çankaya universitetlərinin rəsmi qonağı olmuşdur.

TƏHSİL.BİZ xəbər verir ki,səfərin əsas məqsədi ADPU ilə Türkiyə universitetləri arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsinin aparılması olmuşdur.

Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, əməkdaşlığa dair bir sıra ilkin razılaşmalar əldə olunmuşdur. Həmçinin ADPU nümayəndə heyəti Hacettepe və Çankaya universitetlərinin tədris prosesi ilə yaxından tanış olmuşdur.

Bu səfər Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir və gələcəkdə yeni layihələr üçün möhkəm təməl yaradır.

 


 

Xəbər lenti