AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən “Rəqəmsallaşma dövründə humanitar elmlər: süni intellektin imkanları və məhdudiyyətləri” mövzusunda beynəlxalq elmi-təcrübi konfransda iştirak edib.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, şərqşünas alim konfransda “Qədim dillərin (şumer mixi yazılarının) süni intellekt vasitəsilə öyrənilməsi” mövzusunda məruzə edib.
Məruzədə bildirilib ki, müasir dövrdə süni intellektin müxtəlif modelləri (ORACC, SDLİ, “The Shumerian language dictionary”) o cümlədən, Chat GPT ilə həm müasir, həm də qədim dillər, o cümlədən şumer mixi yazıları öyrənilə bilər.