Logo

Milli Aviasiya Akademiyasının komandası Afinada beynəlxalq müsabiqənin yarımfinal mərhələsinə yüksəlib

28.04.2025 14:29 182 baxış
IMG

Milli Aviasiya Akademiyasının (MAA) tələbələri Beynəlxalq Hava Hüququ üzrə XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin İnternational Air Law Moot Court Competition”) iştirak ediblər.

MAA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən müsabiqədə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin tələbələrindən ibarət komandası yarımfinal mərhələsinə qədər yüksəlib. Onlar növbəti mərhələdə 15 ölkənin nüfuzlu komandaları ilə rəqabət aparacaqlar.

Qeyd olunub ki, Layden-Sarin Məhkəmə Müsabiqəsi 100-ə yaxın üzvü olan Beynəlxalq Aviasiya Təşkilatı (ICAO) çərçivəsində ən nüfuzlu hüquq müsabiqəsidir.

Milli Aviasiya Akademiyası hüququn digər sahələri ilə yanaşı, ölkəmiz üçün böyük əhəmiyyətə malik olan hava hüququ, kosmos hüququ, süni intellekt, robot hüququ, eləcə də rəqəmsal hüquq sahələri üzrə də peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirir.

 

Xəbər lenti