Logo

ADAU-da Tələbə Elmi Cəmiyyətinin “Gənc aqronomlar” adlı yığıncağı keçirilib

02.05.2025 16:43 41 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Tələbə Elmi Cəmiyyətinin “Gənc aqronomlar” adlı yığıncağı keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər ki, tədris-təcrübə təsərrüfatında keçirilən tədbirdə kafedra və laboratoriyaların görülən işlər və nailiyyətlərindən ibarət stendlər də nümayiş olunub.

İclasda əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bölüvlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən universitetin rektoru Zəfər Qurbanov tələbə və magistrantların elmi potensialının üzə çıxarılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan elmi tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və son illərdə ADAU-da tələbələrin elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün yeni imkanların yaradıldığını diqqətə çatdırıb.

Yığıncaqda müxtəlif mövzular üzrə tələbələrin çıxışları dinlənilib.

Sonda çıxış edən tələbələr sertifikat və hədiyyələrlə təltif olunublar.

Xəbər lenti