Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib.
Təhsil İnstitutundan TƏHSİL.BİZ-ə bildirilib ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 122, coğrafiya fənni üzrə 120 şagird iştirak edib. Nəticələr https://portal.edu.az/ saytı vasitəsilə elan ediləcək.
Qeyd edək ki, riyaziyyat üzrə respublika fənn olimpiadasının final mərhələsinin mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.