Logo

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

06.05.2025 16:51 40 baxış
IMG

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” VIII beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

ADU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

ADU kollektivi və dünyanın bir sıra xarici ölkələrindən olan nüfuzlu ali təhsil müəssisələrinin rəhbərləri, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VIII beynəlxalq elmi konfransa dünyanın 8 ölkəsindən 40-dan artıq nümayəndə qatılıb.

Xəbər lenti