Logo

ADPU rektoru Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşüb

06.05.2025 21:14 23 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində mayın 6-da universitetin rektoru professor Cəfər Cəfərov Türkiyə Respublikasının Ali Təhsil Şurasının rəhbəri professor Erol Özvar ilə görüşüb.

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib.

Görüş zamanı iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Professor C.Cəfərov ADPU-nun beynəlxalq əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib, Türkiyənin qabaqcıl universitetləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasındakı müzakirələrdə, xüsusən ADPU ilə Qazi Universiteti arasında həyata keçirilməsi planlaşdırılan ikili diplom proqramı diqqət mərkəzində olub. Bu proqramın həyata keçirilməsi müəllim hazırlığı sahəsində yeni imkanlar yaradacaq, eləcə də iki ölkə arasında elmi və akademik mübadiləni gücləndirəcək.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda rektor C.Cəfərov professor E.Özvara ölkələrimiz arasında ali təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif edildiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.

Xəbər lenti