Logo

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

08.05.2025 16:12 55 baxış
IMG

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ilk dəfə keçirilən və investisiya sahəsində uğurlu karyera qurmaq istəyən tələbə qızların inkişafına yönəlmiş “Gələcəyimizə investisiya” proqramının açılış mərasimi baş tutub.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir çərçivəsində ARDNF-nin əməkdaşları Fondun fəaliyyəti barədə təqdimatla çıxış edib və ARDNF-nin qadın əməkdaşlarının iştirakı ilə "Nümunəvi liderlik: ARDNF-də qadınların ilhamverici uğur hekayələri" mövzusunda panel müzakirəsi baş tutub.

Qeyd edək ki, iki ay davam edəcək proqramda seçilmiş 8 iştirakçı sahə üzrə ekspertlərlə mütəmadi görüşlər keçirəcək, real iş mühitində iştirak edəcək və mentorluq dəstəyi ilə praktiki biliklər əldə edəcəklər.

Ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.

 

 

 

 


 

Xəbər lenti