Logo

BSU-da beynəlxalq elmi konfrans çərçivəsində bölmə iclasları keçirilib

09.05.2025 11:47 82 baxış
IMG

Mayın 7-8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən XVI beynəlxalq elmi konfrans çərçivəsində bölmə iclasları təşkil edilib.

Bölmə iclaslarında Azərbaycanın müxtəlif elmi və ali təhsil müəssisələri ilə yanaşı, Türkiyə, Rusiya, Şimali Makedoniya, İndoneziya və Estoniya kimi xarici ölkələrdən olan alim və tədqiqatçıların məruzələri dinlənilib. Həm xarici ölkələrdən, həm də ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından olan tanınmış alimlərin moderatorluğu ilə keçirilən iclaslarda aktual elmi mövzular ətrafında səmərəli və maraqlı müzakirələr aparılıb.

Altı bölmə üzrə təşkil olunan iclaslarda “Heydər Əliyev və Güclü Azərbaycan”, “Qərbi Azərbaycan: milli irs və qayidiş hüququ” “Yeni dövrün çağirişlari: milli ideya və gələcəyə baxış”, “Konstitusiya və suverenlik”, “Müharibə və post-müharibə dövrü ədəbiyyatda və incəsənətdə”, “Yeni geosiyasi mərkəz – Türk dünyası” kimi mühüm istiqamətlərdə mövzular müzakirə edilib.

 

Xəbər lenti