Logo

"Səssiz xatirələr" – Ağdaşda Ulu öndərə həsr olunan tədbir

11.05.2025 17:57 43 baxış
IMG

Ağdaşda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ədəbi-bədii tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu öndərə həsr olunan sənədli film nümayiş etdirilib. Filmdə Heydər Əliyevin xalqına bağlılığı, uzaqgörən siyasəti və quruculuq fəaliyyəti geniş əksini tapıb.

Daha sonra tədbir musiqili bədii hissə ilə davam etdirilib. "Səssiz xatirələr" adlı poetik kompozisiya alqışlarla qarşılanıb.

Xəbər lenti