Logo

Naxçıvanda birinci siniflərin rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verildi

12.05.2025 11:07 68 baxış
IMG

Bu gündən Naxçıvanda 2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

TƏHSİL.BİZ xəbər verir ki, müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib.

Valideynlər 12-20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər. 

Müsahibə mərhələsi 19-31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun-12 sentyabr tarixlərində təşkil olunacaq.

Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar Şəhər-rayon Təhsil şöbələrində yaradılan alternativ qeydiyyat mərkəzlərinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 146-10 Çağrı Mərkəzinə və Naxçıvan regional “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti