Logo

Paytaxt məktəbliləri II Beynəlxalq Turan Film Festivalında

13.05.2025 14:18 34 baxış
IMG

Paytaxt məktəbliləri Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında mükafata layiq görülüblər.

Bu barədə TƏHSİL.BİZ-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri olan 116 nömrəli tam orta məktəbin şagirdləri 10 yaşlı Kövsər Qurban və 7 yaşlı İnci Qurban “Özəl prestij mükafatları - gənc istedad mükafatı”na layiq görülüb və “Qızıl alma” kuboku ilə təltif ediliblər. Azərbaycan məktəbliləri hazırladıqları qısametrajlı animasiya filmləri ilə türkdilli ölkələr arasında festivalın yeganə kiçikyaşlı qalibləridir.

Qeyd edək ki, II Beynəlxalq Turan Film Festivalına 80 ölkədən 1675 film göndərilib. On bir film mükafata layiq görülüb.

Xəbər lenti