Logo

“Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıb

13.05.2025 14:53 33 baxış
IMG

Mayın 13-də ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib . 

Müsabiqə Elm və Təhsil Nazirliyi , Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca müsabiqəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, YAP sədrinin müavini, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər.

Tədbirdə İncəsənət Gimnaziyasının və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.

Daha sonra qaliblər mükafatlandırılıb. Səhnəyə dəvət olunan 35 qalibə diplom və hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə ölkəmizin regionlarından ümumilikdə 3952 şagird qatılıb. Müsabiqənin ölkə mərhələsində 95 şagird iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.

 

 

 


 

Xəbər lenti