Logo

“Məktəblilərarası Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

14.05.2025 11:57 27 baxış
IMG

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin növbəti mərhələsində yarışacaq iştirakçıların siyahısı açıqlanıb.

Nazirlikdən TƏHSİL.BİZ-ə bildirilib ki, aprelin 22-25-də keçirilən seçim mərhələsində 15 mindən çox şagirdin texnoloji və analitik bacarıqları müxtəlif tapşırıqlar vasitəsilə qiymətləndirilib. Nəticələrə əsasən, 1640 şagird növbəti mərhələdə iştirak şansı qazanıb. Həmin iştirakçıların siyahısı codehour.edu.az saytında yerləşdirilib.

Qeyd edək ki, dörd mərhələ və finaldan ibarət olan hakaton müddətində iştirakçılar test tapşırıqları, komanda işi və layihə hazırlığı kimi yaradıcı və innovativ fəaliyyətlərdə iştirak edəcəklər. III və IV mərhələlər 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verəcək maarifləndirici sessiya və seminarlar təşkil ediləcək.

Müsabiqənin final mərhələsində isə 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.

Xəbər lenti