Logo

BDU-da çöl-tədris təcrübələri başlanıb

14.05.2025 13:12 64 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq mayın 14-dən Quba, Şamaxı, Qəbələ, Lənkəran rayonlarında çöl-tədris təcrübəsi keçəcəklər.

BDU-dan TƏHSİL.BİZ -ə verilən məlumata görə, tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaq.

Tarix fakültəsinin bakalavriat səviyyəsi buraxılış kurs tələbələrinin isə mayın 27-dən Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, Şamaxı Şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.

Xəbər lenti