Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində “Azərbaycan kənd təsərrüfatında bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri təşkil edib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, tədbirdə sahədəki yeniliklər, gələcək iş imkanları və müasir texnologiyaların tətbiqi müzakirə olunub.
İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin iştirak etdikləri tədbirdə Ege Universitetinin müəllimi Süleyman Gürdal Türksevenin moderatorluğu ilə EMA Group şirkətinin Satış və marketinq meneceri Mehmet Manavoğlu çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.