Logo

Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində icma əsaslı sinif fəaliyyət göstərir

14.05.2025 10:16 45 baxış
IMG

Hacıqabul rayonunun Muğan qəsəbəsində erkən təhsildən kənarda qalan azyaşlılar üçün icma əsaslı sinif təşkil olunub.

TƏHSİL.BİZ bu barədə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbin müəllimi, layihə rəhbəri Sara Şirinova məlumat verib. Bildirib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən "2024-2025-ci tədris ilində İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili" qrant müsabiqəsi çərçivəsində həyatda keçirilir. Layihə daha interaktiv və inklüziv təhsil imkanları təqdim etməyi hədəfləyir. Əsas məqsəd Hacıqabul rayonunda məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi, həmçinin uşaqların akademik uğurlarını və sosial bacarıqlarını yüksəltməkdən ibarətdir. Layihə rəhbəri həmçinin qeyd edib ki, "İcma əsaslı siniflər vasitəsilə müəllimlər, valideynlər və yerli icma nümayəndələri birlikdə çalışaraq uşaqların daha yaxşı təhsil almasına töhfə verirlər."

Bu yeni tədris modelinin tətbiqi ilə kiçik yaşlıların dərs prosesində fəallığı artıb, onların sosial bacarıqları inkişaf edib və tədrisə olan maraqları daha da güclənib.

 Layihə çərçivəsində dərslər həftənin 5 günü gündə iki saat olmaqla keçirilir, azyaşlılar üçün müxtəlif interaktiv dərslər, qrup layihələri və icma ilə əməkdaşlıq proqramları təşkil olunur.

Övladlarını icma əsaslı sinifdə təhsil almaq üçün gətirən valideynlər hesab edir ki, məktəbdə icma əsaslı sinfin yaradılması kənddə yaşayan azyaşlı uşaqların təhsilinə töhfə verir və onlar üçün mühüm yenilikdir.

 Uşaqlar icma əsaslı məktəbəqədər təhsil sinfində həm sosiallaşır, həm də məktəbə daha yaxşı hazırlanırlar.   

Qeyd edək ki, icma əsaslı siniflərin təşkili layihəsi Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilir və kənd məktəblərində təhsilin keyfiyyətini yüksəltmək üçün mühüm addımlardan biri hesab edilir. 

 

 

Xəbər lenti